116261_484128

Azərbaycanda dərman istehsalı zavodu tikilir

Azərbaycan-Rusiya birgə dərman istehsalı zavodunun tikintisinə cari ilin sentyabrında başlanacaq.

Bunu Rusiyanın “R-Farm” iri əczaçılıq şirkətinin kommersiya direktoru Andrey Burxanov bildirib.

O qeyd edib: “Zavodun sahəsi üçün iki potensial əraziyə baxırıq. Bu, Ələt qəsəbəsindəki azad ticarət zonası və Sumqayıt Kimya-Sənaye Parkıdır”.

A.Burxanovun sözlərinə görə, tikinti işlərinə bu ilin sentyabrında start veriləcək, 2019-cu ilin sonunda isə istehsak layihə gücünə çıxmalıdır.

O əlavə edib ki, ilkin mərhələdə qablaşdırma istehsalının təşkili planlaşdırılır: “İkinci mərhələdə regional distribüter mərkəzi və laboratoriya olacaq. Üçüncü mərhələdə isə dərman vasitələrinin istehsalına başlanılacaq”.

Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir