Search
236287

Astarada sahibkarlar üçün treninq keçirilib

Noyabrın 23-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astarada sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Sənaye sahələrinin idarə edilməsi” və “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninqdə sənaye sahəsində biznesin təşkili və idarə edilməsi, sənayedə brendləşmə, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, investisiya layihəsinin (biznes planın) tərtib olunması və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda tədbirdə Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir