Search
846933_489407

“ASAN Viza”nın istifadəyə veriləcək tarix bəlli oldu

“ASAN Viza” portalı 2017-ci il yanvarın 10-dan tam istifadəyə veriləcək.
Bu barədə “ASAN Viza” portalının təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib. O bildirib ki, “ASAN Viza” vasitəsilə əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn şəkildə müraciət edərək viza ala biləcəklər.
Dövlət Agentliyinin sədri qeyd edib ki, ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək.
Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir