Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-yə sığorta xidmətləri göstərəcək şirkətlərin adları məlum olub. Bununla bağlı keçirilmiş tenderin qalibləri “Beynəlxalq Sığorta Şirkəti” və “Azərsığorta” DSKŞ olub. Məlumata görə, “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin aldığı cins mal-qaranı, “Azərsığorta” isə kənd təsərrüfatı texnikasını sığortalayıb.
Mənbə: “İnterfaks-Azərbaycan”