Search
14727276862023529605_554x360

“Amrahbank” və “Expressbank” dollar satışını dayandırdı – TAM SİYAHI

Daha 2 bank dollar satışını tamamilə dayandırıb. Söhbət “Amrahbank” və “Expressbank”dan gedir. Banklardan verilən məlumata görə, dollar olmadığı üçün bu gündən etibarən satış  dayanıb.

Qeyd edək ki,  “Amrahbank” sentyabr ayının 2-də 200 dollar limitlə satış həyata keçirirdi. Eyni həcmdə limitlə avro satışı da reallaşdırılırdı.  “Expressbank” isə ötən həftənin sonunda 100 dollar  limitlə satış edib. Bununla da dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 26-ya çatıb. Siyahı belədir:

1 “AFB Bank”
2 “AGBank”
3 “Amrahbank”
4 “Atabank”
5 “Azərbaycan Beynəlxalq Bankı”
6 “Bank Avrasiya”
7 “Bank of Baku”
8 “Bank BTB”
9 “Bank Respublika”
10 “Bank Silk Vey”
11 “Bank Standard”
12 “Bank VTB (Azərbaycan)”
13 “Dəmirbank”
14 “Expressbank”
15 “Günaybank”
16 “Kapital Bank”
17 İran Milli Bankının Bakı filialı
18 “Muğanbank”
19 “Naxçıvanbank”
20 “NBC Bank”
21 “Nikoyl Bank”
22 Pakistan Milli Bankının Bakı filial
23 “Rabitəbank”
24 “Unibank”
25 “Yapı Kredi Bank (Azərbaycan)”
26 “Zıraat Bank (Azərbaycan)”

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir