mzl.caclosjk-456x456

“Amrahbank” və “ASAN xidmət” birgə yeni layihəyə start verib

Amrahbank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində təlim və təcrübə proqramı həyata keçiriləcək.

Belə ki, daha öncə “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş ASAN könüllüləri “ASAN School” könüllülük proqramının ikinci pilləsi olan “Master 2” çərçivəsində “Amrahbank”ın peşəkar mütəxəssisləri tərəfindən bank sektoru və onun fəaliyyəti ilə yaxından tanış olacaqlar. Təlimi uğurla bitirən ASAN könüllüləri “Amrahbank”ın struktur bölmələrində 1 ay ərzində təcrübəyə cəlb ediləcəklər.

“Amrahbank”ın iştirakı ilə həyata keçirilən bu təlim-təcrübə proqramının məqsədi gənclərin maliyyə savadlılığının artırılmasına dəstək vermək, onların şəxsi inkişafını təmin etmək və gələcək fəaliyyətləri üçün stimul yaratmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir