Search
Access_Bank_200709

“AccessBank”ın “Şanslı Əmanət” lotereyasının qalibləri müəyyən olundu

Bu gün AccessBank-ın Baş Ofisində “Şanslı Əmanət” uduşlu lotereyası oynanıldı və qaliblər müəyyən olundu.

Xatırladaq ki, lotereya 2014-cü il 28 yanvar tarixindən 31 mart tarixinədək keçirilib. Oyunun şərtlərinə görə, Bankda ən az 5.000 manat (və ya həmin məbləğin ABŞ dollarında ekvivalenti) məbləğində əmanət yatıran fiziki şəxslər, o cümlədən, rezident və qeyri-rezidentlər lotereyada iştirak etmək hüququna mailkdirlər. Əmanət hesabına yatırılan hər 5.000 AZN (və ya onun ABŞ dolları ekvivalenti), lotereyada bir uduş şansı yaradırdı.

Lotereyada Bankın 1441 əmanətçisi iştirak edib, uduş şanslarının sayı isə 5370 təşkil edib. Lotereya, 3 jurnalist və Bankın 2 tərəfdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə oynanılıb.

Lotereyanın yekunlarına görə, “Badamdar” filialının müştərisi Volkswagen Passat avtomobilinin sahibi oldu.

Bundan əlavə, iki ədəd 100 qramlıq 999 əyarlı qızıl külçənin, o cümlədən, balansında 500 AZN olan yeddi ədəd Visa Gold plastik kartlarının sahibləri də müəyyən edildi.

Lotereya qaliblərinin müştəri kodları haqqında məlumatı Bankın rəsmi internet saytı və ya AccessBank-ın facebook sosial şəbəkəsindəki rəsmi səhifəsindən əldə edə bilərsiniz.

AccessBank 2002-ci ildə QDTİB, AYİB, BMK, KfW və Almaniyanın məsləhətçilik şirkəti olan LFS Financial Systems (LFS) kimi təşkilatlar tərəfindən yaradılıb. AccessBank mikro və KOB müəssisələrinin kreditləşdirilməsi ilə məşğul olur. AccessBank Azərbaycan üzrə geniş filial şəbəkəsinə malikdir, burada ümumilikdə 1,931 nəfər əməkdaş çalışır. Fitch Ratings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq olan BB+ reytinqi ilə təltif edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir