Search
Accessbank

“AccessBank” 9 faiz gəlirliliklə istiqrazlar buraxır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AccessBank” QSC-nin 10 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb. Bu barədə  Bakı Fond Birjasından (BFB) məlumat verilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan 10 min ədəd istiqraz buraxılıb. İstiqraz üzrə faiz dərəcəsi 9%, istiqrazların tədavül müddəti buraxılışdan ilk istiqrazın yerləşdiyi tarixdən etibarən 1 təqvim ili, faiz ödəniş dövrünün müddəti isə buraxılışdan ilk istiqrazın yerləşdiyi tarixdən etibarən 3 təqvim ayından birdir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək.

Yerləşdirmənin anderrayteri “Paşa Kapital” MMC-dir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir