Search
a-qroup_aze_200716

“A-Qroup” sığortalıların rahatlığı üçün yeni xidmət hazırlayıb

“A-Qroup” Sığorta Şirkəti sığortalılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün daim səy göstərir.

Şirkətdən verilən məlumata görə, sığortalıların rahatlığı üçün xüsusi “MOBİL KONSYERJ”- mobil tətbiqetmə hazırlanıb.

Təqdim olunan xidmətlərinin keyfiyyətini artırmaq, şirkət və müştəri arasında qarşılıqlı ünsiyyəti asanlaşdırmaq üçün yaradılan mobil tətbiqetmə aşağıda göstərilən xidmətləri təmin edir:

“SOS” düyməsi vasitəsilə Sığorta Şirkəti ilə təcili şəkildə əlaqə saxlamaq.
Ən yaxın klinika, aptek və optika mərkəzinin tapılması;
Seçilmiş həkimin qəbuluna online yazılmaq və həkimi qiymətləndirmək;
Sığorta ödənişinin alınması üçün sənədləri online təqdim etmək;
Dərmanları axtarmaq və istifadəsi üzrə təlimatla tanış olmaq;
Sığorta şəhadətnaməsi üzrə sığorta haqqını hesablanmaq (Sığorta kalkulyatoru) və s.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir