Search
banknews.az_2016-06-09_10-47-05-640x400

195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətinin istifadəçilərinin sayı artıb

Bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 800-dən çox müraciət edilib. Müraciətlərin 63%-i Bakı şəhərinin, 37%-i isə ölkə regionlarının payına düşür. Ümumiyyətlə, indiyədək 195-2-yə 58 mindən çox müraciət olunub.

Müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi, “Made in Azerbaijan” brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qanunvericiliyə uyğun olaraq, cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib.

Oktyabr ayında həmçinin, 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 260-a yaxın, xidmətin istifadəyə verildiyi son 6 ayda isə 1400-dən çox vətəndaş istifadə edib. 7 istiqamət üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər daha çox lisenziyaların verilməsi barədə məlumat əldə ediblər.

Qeyd: İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək “2” düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək və səsli menyunun köməyi ilə müvafiq məlumatlar əldə etmək olar. Stasionar nömrələrdən “195-2” nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir