Search
3618366261367535

Ərəb nazirdən neftin qiymətinə təsir edən AÇIQLAMA

Səudiyyə Ərəbistanı Əlcəzairdə bir araya gələcək olan önəmli neft istehsalçı ölkələrinin edəcəyi qeyri-rəsmi görüşlərin bir ay öncəsində, OPEK üzvü və üzvü olmayan ölkələrin neft istehsalçıları ilə birlikdə neft bazarında tarazlıq yaratmaları ilə bağlı çalışacaqlarını bildirib.

Energetika naziri Xalid əl-Falih dövlət xəbər agentliyi SPA-ya etdiyi açıqlamasında bildirib ki, növbəti ay Əlcəzairdə nazirlərin toplantısı olacaq.

O, bunun OPEK-ə üzv olan və olmayan ölkələrə bazarda tarazlığa nail olmaq və bazarın mövcud vəziyyətini müzakirə etmək üçün bir fürsət olduğunu qeyd edib.

Nazir bazarın yenidən tarazlığa doğru istiqamətləndiyini bildirib və deyib ki, ancaq bazarda neft ehtiyatlarının azalmasına nail olmaq vaxt alacaq.

Xalid əl-Falih bəzi qısamüddətli pozisiyaların bazara təsir etdiyini və qiymətləri aşağı saldığına səbəb olduğunu deyib:

“İstehsal və investisiya sahəsində azalmaların qarşısını almaq üçün isə qiymətlərin hazırkı səviyyədən yuxarı qalxması şərtdir”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Qətər energetika nazir bazar ertəsi günü açıqlamasında sentyabrın 26-28 tarixləri arasında Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Formu çərçivəsində OPEK-ə üzv olan və olmayan ölkələrin qeyri-rəsmi görüşünün baş tutacağını açıqlamışdı.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, Brent markalı neftin qiyməti 0,98% bahalaşaraq 46,49 dollar, WTI isə 1,26% artaraq 44,04 dollar təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir