Search
photo_91889

Ən yaxşı Yeni il yarmarkaları – FOTOLAR

Yeni il yarmarkaları yaxınlarınız və dostlarınız üçün müxtəlif növ hədiyyələri əldə etmək, eləcə də bayram süfrəsinə hazırlıq görmək üçün əla imkandır. Buro 24/7 bayram əhval-ruhiyyəsi ardınca gedilən ən yaxşı Yeni il yarmarkalarını seçib.

Soyuq əllər – isti ürək, Bakı, Azərbaycan 
Tarix: 03.12.2016 – 15.01.2017
Azərbaycanın əsas Yeni il yarmarkası artıq dördüncü dəfədir ki, “Nargis Fund”ın rəhbərliyi altında və “Amapola Exclusive Events”in təşkilati dəstəyi ilə Fəvvarələr meydanına keçirilir. Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhurlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, yarmarkanın sponsorlarından şirniyyatlar və hədiyyələr gözləyir.

Ən yaxşı Yeni il yarmarkaları

Ən yaxşı Yeni il yarmarkaları

WeihnachtsZauber Gendarmenmarkt, Berlin, Almaniya
Tarix: 21.11.2016 – 31.12.2016
Hər il 600 min insan Berlindəki Jandarmenkarkt meydanında Milad nağılında iştirak edir. İşıq saçan bayram çadırlarına baxmaq üçün fransız kilsəsinin damına çıxın. Nostalji karusellər və digər attraksionlar bayram atmosferi yaradır. Yarmarkada gəzinti zamanı qızardılmış badamların, qlintveynin, isti şabalıdların, punş və milli yeməklərin dadına baxmaq olar.

Ən yaxşı Yeni il yarmarkaları

Tallinna Jõuluturg, Tallin, Estoniya
Tarix: 18.11.2016 – 07.01.2017
Tallində Ratuşa meydanının mərkəzində ətrafında ticarət pavilyonlarının yerləşdiyi yolka quraşdırılır. Qonaqlara əl işi məhsullarının, unikal eston məhsul və içkilərinin geniş seçim təklif edilir. Eləcə də, burada çoxlu sayda maraqlı suvenirlər – oyuncaq evlər, ardıc altlıqları, naxışlı-yazılı qab-qacaq və əl işi olan kuklalar almaq olar. Uşaqlarınız bu yarmarkanı heç vaxt unutmayacaq, çünki burada onlar Yıuluvana adlı eston Şaxta Babası ilə tanış olacaqlar.

Ən yaxşı Yeni il yarmarkaları

Marchés de Noël, Strasburq, Fransa
Tarix: 25.11.2016 – 31.12.2016
Stasburqu “Milad paytaxtı” adlandırırlar. Ən böyük tədbirlər Kleber meydanında keçirilir, burada çiçək və hörüklər və işıqların əhatə etdiyi 30 metrlik yolka bəzəyirlər. Duzlu peçenye ilə kəhrəbalı Elzas pivəsinin dadına baxın, peşə dükanlarına nəzər yetirin, uşaqlığa qayıdına və xəzinə ovuna çıxın.

Ən yaxşı Yeni il yarmarkaları

Christmas on Covent Garden, London, Böyük Britaniya
Tarix: 15.11.2016 – 05.01.2017
Miladda Londonda Kovent-Qardendəki mağazaların vitrinləri müxtəlif rəngli işıq saçırlar, nəhəng Yeni il oyuncaqlarından isə xoş darçın iyi gəlir. Bayram əhval-ruhiyyəsi sizi mütləq yaxalayacaq və bir də görəcəksiniz ki, bir əlinizdə moruq mürəbbəsi ilə ponçik, digərində isə Apple Market bazarından vintaj açıqcaları dəsti var. Yeri pablardan birində bu əhval-ruhiyyəni yaxalayın və doyunca Böyük Milad pudinq yarışında əylənin.

Ən yaxşı Yeni il yarmarkaları

Frankfurter Weihnachtsmarkt, Frankfurt, Almaniya
Tarix: 23.11.2016 – 22.12.2016
Miladda Frankfurtdakı Ryomerberq meydanından marsipanlı bulka və şirin souslu kartof fəsəlilərinin iyisi gəlir. Yarmarka zamanı təpənin başında səhnə qurulur, burada isə tamaşalar keçirilir, Paulskirze kilsəsində isə Frankfurt rəssamlarının sərgisi təşkil olunur. Axşamlar Müqəddəs Nikolay kilsəsinin üst qalereyasından nəfəsli orkestr konsert verir – Milad mahnıları və xorallar ifa edilir.

Ən yaxşı Yeni il yarmarkaları

Nürnberger Christkindlesmarkt, Nyurnberq, Almaniya
Tarix: 25.11.2016 – 24.12.2016
Nyurnberqdəki Yeni il yarmarkası Avropanın ən qədim və populyar yarmarkalarından biri hesab olunur. Hər addımda burada şirin badam, yüzlərlə kolbasa növü, ədviyyələr və qlintveyn satılır. Suvenir dükanları şıqqıldaq və yolkda şarları ilə bəzədilib. Uşaqlar karusellərdə yellənir, şamlar çəkilir, zəncəfilli qoğallar bişirilir və dostlara nağıl açıqcaları göndərilir.

Ən yaxşı Yeni il yarmarkaları

Weihnachtsmarkt am Kölner Dom, Köln, Almaniya
Tarix: 21.11.2016 – 23.12.2016
Heç olmasa həyatda bir dəfə Köln kilsəsinin yanında keçirilən yarmarkanın Milad ruhunu hiss etmək lazımdır. Burada canlı musiqiyə qulaq asmaq, şirniyyatların dadına baxmaq və isti qlintveyn içmək olar. Orta əsr Milad yarmarkası özünüzü “nağılda hiss etməyə” kömək edəcək. “Gəldim, gördüm, aldım” şüarı ilə gələn turistlərə şəhərdəki ən qədim Mələklər bazarına, romantiklərə isə Şokolad Muzeyinin yaxınlığındakı Cologne Harbour port yarmarkasına getmək tövsiyə olunur.

Ən yaxşı Yeni il yarmarkaları

Wiener Christkindlmarkt, Vyana, Avstriya 
Tarix: 11.11.2016 – 31.12.2016
Hər qış Vyana ratuşasının qarşısında qeyri-adi suvenirlər, dadlı şirniyyatlarla bütöv bir şəhər salınır. Uşaqların əyləncəsi üçün burada xüsusilə böyük seçim var. Ratuşa meydanının yaxınlığında İncəsənət tarixi Muzeyinin yanında yerləşən Mariya-Tereziya meydanında Milad kəndinə getmək olar. Milad ərəfəsində 70-dən çox ticarət dükanı dini rəsm əşyaları və orijinal hədiyyələr təklif edir. 2-3 avroya burada özünüz üçün maraqlı fincan ala bilərsiniz.

Ən yaxşı Yeni il yarmarkaları

Plaisirs d’Hiver, Brüssel, Belçika 
Tarix: 25.11.2016 – 01.01.2017. Katok yanvarın 8-nə kimi çalışacaq.
Ən parlaq və orijinal Milad yarmarkalarından biri şokolad və fri kartofun vətəni Belçikada keçirilir. “Qış əyləncələri” bayram günlərində hər addımda möcüzə ilə qarşılaşmaq olar. Brüssel birjasının yanındakı yarmarkada sizi dadlı vaflilər, qızardılmış ilbizlər və şokolad desertləri gözləyir. Gündüz vaxtı Brüsseldə La Monne opera evinin qarşısındakı buz katokunda qızışmaq olar, axşamlar isə Qran-Plyas meydanında işıq oyununu müşahidə etmək və ya Müqəddəs Yekaterina kilsəsinin fasadında yapon nağıllarına baxmaq olar.

Ən yaxşı Yeni il yarmarkaları

Adventi Ünnep a Bazilikánál, Budapeşt, Macarıstan
Tarix: 27.11.2016 – 02.01.2017
Budapeştin Milad yarmarkalarında olsanız, mütləq bir illik yaxşı əhval-ruhiyyə əldə edəcəksiniz. Vaxtınız çox deyilsə, fikrinizi əsas olan macar mətbəxinə yönəldin. Bunu isə Müqəddəs İştvan yarmarkasında edə bilərsiniz. Macar mətbəxi kifayət doyumculdur, qış üçün lazım olan da məhz budur. Yeməyi birbaşa yarmarkalarda böyük tavalarda hazırlayırlar. Axşamlar isə qonaqları həyəcanlı işıq şousu gözləyir.

Ən yaxşı Yeni il yarmarkaları

Mercatino di Natale, Roma, İtaliya
Tarix: 04.12.2016 – 27.12.2016.
Romada bütün yollar şəhərin tarixi mərkəzi olan Navon meydanına aparır. Burada köhnə bina və möhtəşəm fəvvarələrin arasında incəsənət əşyaları, oyuncaqlar, ağacdan bəzək əşyaları və ənənəvi prezepio üçün fiqurlar təklif edən köşklər açılır. Yarmarkanın əsas qəhrəmanı Befana və ya daha çox digər qış bayramı Xaçaçuranla bağlı olan Küpəgirən qarıdır.

Ən yaxşı Yeni il yarmarkaları

Oh Bej! Oh Bej!, Milan, İtaliya 
Tarix: 10.12.2016 – 08.01/2017
Bu il yarmarka Kastello Sfortseskoda Müqəddəs Amvrosiya bazilikasının ətrafındakı ərazidə keçir. Qonaqları əntiq əşyalarla dolu olan 370-dən çox köşk gözləyir. Burada floristlər, oyuncaq, şirniyyat və digər məhsullar təqdim edən köşklər olur. Ənənəvi delikateslər – xırçıldayan fındıq və ya badam, qızardılmış şabalıd, nuqa və konfetlər isə sizi heyran edəcək.

Ən yaxşı Yeni il yarmarkaları

Vánoční trhy na Staroměstském náměstí, Praqa, Çexiya
Tarix: 26.11.2016 – 06.01.2017
Praqda Miladı xüsusi zövqlə keçirirlər, odur ki, Staromestskaya meydanında görülməmiş qarın bayramına hazırlaşın. Staromestskaya meydanındakı Milad bazarı isə dadlı punş, qlintveyn, şirin ballı qoğallar və ənənəvi çex yeməkləri ilə sevindirəcək. Əhəmiyyətinə görə ikinci bazar Vatslav meydanında keçir. Praqa yarmarkasından heç kim yolka fonunda bal arağı stəkanı ilə foto çəkdirməmiş getmir.

Ən yaxşı Yeni il yarmarkaları

Stortorgets Julmarknad, Stokholm, İsveç
Tarix: 19.11.2016 – 23.12.2016
Karlsonun doğma şəhərindən ac getmək mümkün deyil, xüsusilə də Milad zamanı. Bayramlar zamanı Stokholmun ən qədim Sturtoryet meydanı İsveç stoluna çevrilir. Burada darçınlı bulkalar, zəncəfil peçenyesi, qaxac edilmiş maral filesi və ədviyyəli qlyoq (Qlintveynin Skandinaviya versiyası) təklif edilir. Keçmişdə çörəyin necə bişirildiyin, pivənin və azduzlu kilkanın necə hazırlandığını bilmək istəyirsinizsə, açıq səma altındakı Skansen etno-muzeyinə gedin. Yeni il İsveçi barədə xatirə olaraq öz əlinizlə hazırladığınız məzəli şam fiqurları aparacaqsınız.

Ən yaxşı Yeni il yarmarkaları

Håndlavet JuliTivoli, Kopenhagen, Danimarka 
Tarix: 19.11.2016 – 31.12.2016
Noyabrın ortasından “Danimarka Disneylendi” oyun qaydalarını nissi Milad cırtdanlarının diktə etdiyi sehrli qrota çevrilir. İl ərzində fəaliyyət göstərən Tivoli parkının möhtəşəm attraksionlarından başqa, sizi işıq şousu, teatr tamaşaları, konsertlər və fişəng festivalı gözləyir. Katok üzərində sürüşdükdən sonra özünüzü rød pølse kolbasalarına və ya “qoğal evlərindən” ev üsulu ilə hazırlanmış peçenyelərə qonaq edə bilərsiniz. Ancaq ən əsası Santa Klausun özünün keçirdiyi hədiyyə qablaşdırması üzrə master-klassı qaçırmayın.

Ən yaxşı Yeni il yarmarkaları

Mercado navideño en la Plaza Mayor, Madrid, İspaniya
Tarix: 25.11.2016 – 31.12.2016
Noyabrın ortasında Madridin mərəzi meydanı Milad bayramı üçün dekorasiyalara çevrilir. Plasa-Mayorda karusellər və şatrlar yerləşdirilir, burada qızardılmış badam, mantekado qum peçenyesi və ya keçmişdə qəpiklərin hazırlandığı volxvov dairəvi peçenyelərinin dadına baxmaq olar. Bayramlar zamanı meydandan Madridin gizli yerlərinə ekskursiyalar təşkil edilir: İspaniya paytaxtına yerli sakin gözü ilə baxmaq üçün əla bəhanədir.

Ən yaxşı Yeni il yarmarkaları

buro247.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir