Maliyyə Bazarlarına Nəzarət Palatasının sağlam kreditləşmə və məsuliyyətli borclanmanın təşviqi məqsədi ilə növbəti qərarını verib. Xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 04 aprel 2016-cı il tarixli qərar qüvvədə qalır. Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur. Eyni zamanda, qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir.
Ana Səhifə Kredit təşkilatları Banklar Xarici valyuta ilə ipoteka kreditlərinin verilməsinə qadağa qoyulub
Xarici valyuta ilə ipoteka kreditlərinin verilməsinə qadağa qoyulub
Bank NewsMay 05, 2016Banklar, İpoteka Krediti, Manşet, Xəbərlər0