Search
economy_080116

Xaricə gedən ixtisaslı kadrların geriyə qaytarılması üçün yollar axtarılır

Xarici ölkələrə getmiş Azərbaycan vətəndaşları olan ixtisaslı kadrların geriyə qayıdışı stimullaşdırılacaq.
Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində qeyd olunub.
Layihəyə görə, stimullaşdırmada məqsəd həmin şəxsləri ölkənin iqtisadi inkifaşına cəlb etməkdir. Layihədə ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində əmək miqrasiyasının genişlənəcəyini nəzərə alaraq, əmək miqrasiyası proseslərinin idarəolunmasının təkmilləşdirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, daxili əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsi axınından qorunması təmin ediləcək, yüksək ixtisaslı mütəxəssislərin cəlbinə üstünlük veriləcək. Əcnəbiləri işə cəlb edən işəgötürənlər və yüksək ixtisaslı əcnəbilər yerli kadr hazırlığına cəlb ediləcəklər.
Bununla yanaşı, başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən işlək mexanizm yaradılacaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir