“Şamaxı” filialı
Vəzifə: Bankın “Şamaxı” filialının kiçik kassiri/baş kassiri
Əməkhaqqı: 540 AZN-dən 1180 AZN-dək
İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə
Şəhər: Şamaxı
Qeyd: Bank təcrübəsi olmayan namizədlər əməkhaqqı 380 AZN ödənilməklə stajçı kassir götürülə bilər
Namizədlərə dair tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oölanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
İşin təsviri:
- Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
- Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
- Nağd vəsaitlərin çeşidlənməsi;
- Bankomatların yüklənilməsi və boşaldılması.
“Şirvan” filialı
Vəzifə: “Şirvan” filialının 1-ci dərəcəli inkassator-sürücüsü, 2-ci dərəcəli inkassator-sürücüsü, 3-cü dərəcəli inkassator-sürücüsü
Əməkhaqqı: 590 AZN-dən 980 AZN-dək
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədlərə dair tələblər:
- Ali , orta və ya orta-ixtisas təhsil;
- Sürücülük vəsiqəsi (BC kateqoriya);
- Həqiqi hərbi xidmət;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Rəsmi sürücülük stajı ən azı 3 il;
- Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dilinin bilikləri;
- Nağd pulla intensiv işləmə bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin daşınması ilə bağlı əməliyyatların aparılmasına dair qaydalara riayət edir;
- Nağd pul və digər qiymətlilərin daşınması vaxtı briqada başçısının işlə əlaqədar bütün tələblərini yerinə yetirir və sərvətlərin qorunması üçün tədbirlər həyata keçirir;
- Nağd pul və digər qiymətlilərin daşınması üzrə müvafiq təlimat və qaydaları bilməlidir;
- Vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyinin təmin edilməsinə və bank sirrinin qorunmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.
İnformasiya texnologiyaları idarəsi
Vəzifə: “1C” proqramı üzrə mütəxəssis
Əməkhaqqı: 850 AZN-dən başlayaraq
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
- Ali təhsil;
- Tələb olunan vəzifə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
- 1C proqramının 8. versiyasınının proqramlaşdırılmasını,proqram inzibatçılığını bilməli;
İş barədə məlumat:
- 1C Müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata keçirmək;
- Mövcud olan sənədlərin, hesabatların, mühasibatlıq, əməliyyat və idarəedici uçotun yenilənməsi;
- Yeni sənədlərin və hesabatların hazırlanması;
- 1C proqramında yaranan problemlərin aradan qaldırılması.
QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34