Search
Loading red cargo Container (done in 3d)

www.export.az – ixracda yardımçınız!

Azərbaycan Respublikasında istehsal edilən məhsul və xidmətlərin İxrac Portalı (www.export.az) “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq yaradılıb.

İxrac portalı yeni bazarların araşdırılması, ixrac imkanlarının aşkar edilməsi və həmin bazarlara çıxmaq üçün əlavə şəraitin yaradılması, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara dəstək mexanizmidir.

Portalda axtarış sistemi vasitəsilə məhsulun adını və ya gömrük kodunu qeyd etməklə Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları barədə məlumat əldə etmək mümkündür. Saytın “kataloq” hissəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər haqqında ümumi məlumat, məhsulların ixrac olunduğu ölkələr, hədəf ölkələri, məhsulların kataloqu, şirkətlərin malik olduğu sertifikatlar və s. kimi məlumatlar əks olunub.

Portaldan istifadə üçün həm yerli, həm də xarici şirkətlər qeydiyyatdan keçməlidirlər. İstifadəçi qeydiyyatdan keçdikdən sonra öz şirkəti və məhsulları barədə məlumatı portala daxil edə bilər. Bundan başqa portalda yer alan şirkətlər haqqında tam məlumat əldə edə bilər.

Azərbaycan və İngilis dillərində fəaliyyət göstərən portalın yaxın vaxtlarda rus dilli versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir