WhatsApp chatting

WhatsApp-da ismarıcları redaktə etmək mümkün olacaq-FOTO

WhatsApp mobil mesencerində ismarıcların  redaktə edilməsi funksiyası əlavə edilə bilər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə WABetaInfo insayderi Twitter səhifəsində bəyan edib.
Dəfələrlə olub ki, biz ismarıc göndərərkən səhv edirik. Mobil qurğularda avtomatik əvəz etmə funksiyası yerləşdirilən sözü bəzən yersiz düzəliş etməklə bu işi lap qəlizləşdirib. Lakin artıq yeni funksiya ilə WhatsApp-da da yaxın günlərdə ismarıcları redaktə etmək (qarşı tərəf hələ baxmayıbsa) mümkün olacaq.
-(13)
İnsayderlər iddia edirlər ki, yeni funksiya ilə nəinki mətni, hətta göndərilən foto və videonu da redaktə etmək olacaq.
Funksiya beta-versiyada reallaşdırılıb və müəlliflər bunun nə zaman hər kəs üçün əlçatan olacağını deməyiblər.
Qeyd edək ki, bundan əvvəl mesencerdə qarşı tərəfi ismarıcı almazdan öncə onu ləğv etmə funksiyası işə düşüb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir