Search
15409835_1405485002816196_1771786499_o

Vüsal Qasımlı Malayziyaya səfər edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Dr.Vüsal Qasımlı Asiya İnkişaf Bankının dəvətilə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinə səfər edib. Səfər zamanı V.Qasımlı “İnklüziv inkişaf üçün layiqli iş” mövzusunda beynəlxalq tədbirdə iştirak edir. Vüsal Qasımlı tədbirin ilk günündə “Makroiqtisadi perspektivlər və inklüziv inkişaf üçün şəraitin yaradılması” mövzusunda sessiyaya rəhbərlik edib. Bu sessiya çərçivəsində İİTKM-in icraçı direktoru Prezident İlham Əliyevin təsdiqlədiyi Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat verərək, Azərbaycan təcrübəsinin Asiyanın inkişaf etməkdə olan ölkələrində yayılmasının zəruriliyini vurğulayıb. Xüsusilə, makroiqtisadi çağırışlar və qlobal şoklarla üzləşən ölkələrdə inkişaf strategiyasının qurulması baxımından Azərbaycan təcrübəsinin əhəmiyyəti qeyd olunub. Tədbirin növbəti günündə Vüsal Qasımlı “Azərbaycan: Yeni iqtisadi paradiqma” mövzusunda məruzə ilə çıxış edərək ölkədə aparılan iqtisadi islahatlar və bunun layiqli iş yerlərinin yaradılmasına verəcəyi səmərə barədə danışıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

15491699_1405485412816155_1224285649_o 15502928_1405485496149480_1066360560_o (1) 15502928_1405485496149480_1066360560_o 15515589_1405485582816138_533213778_o

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir