Search
dollar-manat

“Vijn Fond AzərKredit” müştərilərinə şad xəbər

«Vijn Fond AzərKredit» bank olmayan kredit təşkilatı (BOKT) ABŞ dolları valyutasında krediti olan müştərilərinə kreditlərini manata çevirmək imkanı yaradıb.

Məlumatda bildirilir ki, «VF AzərKredit» müştəri məmnuniyyətinin artırılması, müştərilərin kredit tarixçəsinin korlanmaması, təşkilatla müştərilər arasında uzun illər mövcud olan etibarın qorunması üçün ABŞ dollarında olan bütün kreditləri manata konvertasiya etməyə imkan yaradıb. Kreditlərin manata dəyişdirilməsi Azərbaycan Mərkəzi Bankının həmin günkü rəsmi məzənnəsi əsasında həyata keçiriləcək.

Həmçinin, təşkilatımızın sosial yönümlü olmasını nəzərə alaraq, hesablanmış gecikmə cəriməsi, keçmiş kredit üzrə erkən bağlanma haqqı və komissiya məbləği bağışlanılır. Konvertasiyadan sonra müştəri kredit borcunu vaxtında ödəyərsə, ona təklif paketinin şərtlərinə əsasən müəyyən olunmuş kredit dövrləri üçün kreditin faizləri güzəşt edilir. ABŞ dolları ilə alınmış kreditləri manata çevirmək istəyən bütün müştərilərimiz bu fürsətdən istifadə edə bilərlər. Daha ətraflı məlumat əldə etmək üçün müştərilərimizi ofislərimizə dəvət edirik. Bu barədə daha ətraflı məlumatı 050 287 30 37 Qaynar xəttindən və www.azercredit.az saytından əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir