Search
Unibank bina

“Unibank” real sektora dəstəyini daha da artırır

Bank manat biznes kreditlərinin verilməsini dahada aktivləşdirir.

Yerli biznesə, sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Bank manat biznes kreditlərinin verilməsini daha da aktivləşdirir.Sərfəli biznes kreditləri və yüksək bank xidmətlərinin nəticəsi olaraq, Unibanka müraciət edən biznes sahiblərinin sayı getdikcə artır. Maliyyə sektorunda baş verən proseslər iş adamlarını özlərinə daha dayanıqlı tərəfdaş seçməyə vadar edir. Bunun nəticəsidir ki, təkcə son aylarda bankın  iri korporativ müştərilərinin sayı 12% artıb. Bu müddətdə biznesə verilən kreditlərin həcmi isə 13,6 milyon manatdan çoxdur.

Qeyd edək ki, bankda manat depozitlərinin artımı müşahidə olunur. Korporativ bank xidmətləri departamentinin  rəhbəri Məcid Məmmədov bu artımı bir neçə səbəblə əlaqələndirib: “Bu artımı  ilk 3 səbəblə əlaqələndirərdim: 1) manatın məzənnəsinin stabilləşməsi; 2) Əmanətlərin Sığortalanması Fondu tərəfindən depozitlərin sığortalanması; 3) Bank tərəfindən manat depozitlərinin dollarla müqayisədə daha yüksək faizlə qəbul olunması. Beləliklə də bu amillər nəticə etibarı ilə verilən kreditlərdə manat kütləsinin həcminin artmasına səbəb olur”.

Unibank Sahibkalığa Kömək Milli Fondunun da uğurlu tərəfdaşları sırasındadır. Ötən il bank tərəfindən təkcə  Sahibkarlığa Kömək Milli Fondunun  vəsaiti hesabına ümumilikdə 4.7 mln. manat təşkil edən  130 kredit  verilib. İlin əvvəlindən bu yana da Unibank SKMF-nin vəsaiti hesabına kreditləşmədə aktiv iştirak edən banklardan biridir. Sahibkarlığa Kömək Milli Fondunun  xəttilə ayrılan kreditlər çox sərfəli şərtlərlə  – illik cəmi 6% -lə verilir. Kreditlər kiçik, orta və böyük həcmdə olmaqla 10 milyon manatadəkdir.

Beynəlxalq maliyyə qurumların etibarlı tərəfdaşı olan Unibank  kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına kreditləşməni həyata keçirir. Dünya Bankı və  Kənd Təsərrüfatı Nazirliyi ilə  birgə əməkdaşlığının nəticəsi olan layihənin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kömək olmaqdır.

Dünyanın nüfuzlu maliyyə qurumuları ilə əməkdaşlığı genişləndirən Unibank,  beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərinə dəstək olur. Bankın dünyanın tanınmış və nəhəng maliyyə qurumlarından olan  “Credit Agricole” və “Unicreditgroup”la əməkdaşlığı nəticəsində, Unibankın korporativ müştəriləri  beynəlxalq bazarda nəinki  nüfuzlu zamin,  həm də maliyyə dəstəyi də əldə edə bilirlər.

Pərakəndə və korporativ müştərilərə xidmət görstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirən Unibank, korporativ biznes seqmentində lider və novator bank olmaqda davam edir. Unibank-da ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək  və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq.

Korporativ bank xidmətləri departamentinin rəhbəri Məcid Məmmədov qeyd edir ki “Bu strategiya çərçivəsində bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə xidmət üçün istisaslaşdırılmış filialları açılıb. Əsas məqsədlərdən  biri də  beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə,  kiçik və orta bizneslə məşğul olan müştərilər üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək, kredit şərtlərinin təkmilləşdirilməsidir.”

Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal” filialları və  “Unibank- biznes mərkəzi”nə,  eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini  bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank увеличивает поддержку реального сектора экономики

Банк увеличил выдачу бизнес кредитов в манатах.

Поддержка развития местного предпринимательства всегда является одной из приоритетных задач  Unibank. В настоящее время банк увеличил выдачу бизнес кредитов в манатах. Выгодные условия по кредитам и качественный уровень обслуживанияявляются причиной все большего увеличения  количества обращений  за  бизнес кредитами в Unibank.  Так, число крупных корпоративных клиентов за несколько месяцев увеличилось на 12%, а общая сумма выданных бизнес кредитов за этот период составила более 13,6 млн. манатов.

Стоит также отметить, что наблюдается рост манатных вкладов. По словам  директора департамента «Корпоративных Услуг» банка  Маджида Мамедова «это в первую очередь обуславливается следующими причинами: 1) курс маната стабилизировался. 2) страховым покрытием депозитов  со стороны фонда страхования  3) ставка по манатным депозитам выше, чем по депозитам в долларах. Таким образом создается манатная масса в системе, которую впоследствии банки выдают в качестве кредитов».

Unibank также является одним из успешных партнеров Национального Фонда  Поддержки Предпринимательства. Только за прошлый год, при помощи Фонда,  было выдано 130 кредитов, общая сумма которых составила 4,7 млн. манатов.  С начала этого года Unibank продолжает активно выдавать кредиты с помощью НФПП. Кредиты, выдаваемые, по линии Фонда отличаются очень выгодными условиями – всего 6% годовых. Кредиты бывают трех видов: мелкие, средние и крупные. Минимальная сумма кредитования 5 000 манатов максимальная 10 миллионов.

Являясь надежным партнером Международных Финансовых Институтов,  Unibank, в рамках проекта поддержки сельского хозяйства, за счет средств Всемирного Банка осуществляет кредитование придринимателей, задействованных в аграрном секторе экономики.   Основной целью этого проекта, инициаторами которого выступают Министерство Сельского Хозяйства и Всемирный банк, является поддержка владельцев бизнеса, занимающихся сельскохозяйственной сферой предпринимательства.

Расширяя сотрудничество с ведущими международными финансовыми организациями, Unibank,  оказывает поддержку и клиентам, желающим заниматься международной торговлей. Сотрудничество Unibank, с такими известными и крупными финансовыми организациями как «Credit Agricole» и «Unicreditgroup», дает возможность корпоративным клиентам банка получить своевременную финансовую поддержку на международных рынках.

Unibank является универсальным банком и оказывает  высококачественные услуги, как частным, так и корпоративным лицам.  Клиентами Unibankа являются, как крупные компании, представляющие нефтяной и не нефтяной сектор, так и малые и средние предприятия в Баку и в регионах страны. Утвержденная акционерами стратегия, предполагает дальнейшее гармоничное развитие Unibank в рамках концепции универсального банкинга и в короткие сроки вывода бизнес направления на качественно новый уровень.

По словам  директора департамента «Корпоративных Услуг» банка  Маджида Мамедова, «в рамках данной стратегии, было решено открыть сеть специализированных бизнес филиалов, предназначенных для обслуживания клиентов, занимающихся малым и средним бизнесом. Одной из поставленных целей, в  рамках принятой стратегии,  является более активное участие банка в международных программах. Целью данного решения является привлечение  дополнительных выгодных финансовых ресурсов для клиентов, задействованных в секторе малого и среднего предпринимательства».

Для получения высококачественных банковских услуг корпоративные клиенты банка могут обратиться в филиалы  «Гара Гараев», «Ичери Шехер», «Дарнагюль», «Ясамал»,  «Unibank-бизнес-центр»,  а также в региональные филиалы Unibank.

Более подробную информацию можно получить по номеру (012) 117, на сайте банка по адресу www.unibank.az , либо на официальных страницах  банка в Фейсбук и Твиттер (www.facebook.com/unibank.az  и  https://twitter.com/unibank).

Unibank – постоянная помощь вашему бизнесу!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir