Search
10125930-2-0ae5a46a6ef74b63cc28e860c1679dcb

Üç Nəhəngin Bənzər Sonu: Yahoo, Nokia, Blackberry

Onların sonunu gətirən ortaq şey nə idi?

Yahoo və Nokia bir zamanlar dünyanın ən böyük texnologiya şirkətləri idi. Hər ikisi texnoloji dünyasına yeni nəfəs gətirərək uğurlu başlanğıc etmişdi. Nokia telefonları,Almaniyanın optika şirkəti Zeiss ilə birlikdə dünyanın ən yaxşı kameraları olan telefonlarını istehsal edirdi. Batareyası 9 gün davam edən mobil telefonlar bazarı ələ keçirmişdi.

Kanadada qurulan Blackberry, özünə məxsus klaviaturası ilə zirvəyə yüksəlmişdi. Research in Motion adlı şirkətin istehsal etdiyi Blackberry ‘lər xüsusi kodlaşdırma ilə qorunurdu. Şirkət özəlliklə iş dünyasında əvəzedilməz olmuşdu. ABŞ prezidenti belə təhlükəsiz olduğu üçün Blackberry istifadə edirdi.

Ancaq 2007-ci ildə Steve Jobs, Apple’ ı texnologiyanın mərkəzinə gətirəcək bir kəşf etmişdi. iPod cihazlarını “touch” ekranlı iPhone izəyirdi.

Qısa müddətdə Google cavab vermişdi: Android sistemli telefonlar mobil telefon bazarında iPhone ilə rəqabətə girmişdi.

Öz trendini itirən Blackberry isə köhnələn, modası keçən tərzində qalmaqda israr etdi. Dünyanın ən çox satılan telefon şirkəti Nokia ‘nın telefon bazarından buxarlaşmasından qısa müddət sonra yeniliklərlə ayaqlaşa bilməyən Blackberry də eyni aqibəti yaşadı.

Yahoo, axtarış sistemi və e-mail’ lər arasında bir nömrə idi. Google və Gmail yenilikləri ilə sürətlə böyüməsi qarşısında Yahoo geriləməyə başladı. Nəhayət, bu yaxınlarda Yahoo sadəcə 5 milyard dollara Verizon ‘a satıldı.

Endpoint Technologies’ dən texnologiya mütəxəssisi Roger Kay, bu üç şirkət arasındakı ortaq nöqtənin “Öz başladıqları nöqtənin ardından yeniliklərə uyğunlaşa bilmədikləri” olduğunu deyir.

Dünyanın ən sürətlə böyüyən və innovasiyalara açıq sektoru hesab edilən texnologiya sahəsində özünü yeniləyə bilməyənlərin əriməsi qaçınılmazdır. Məsələn, Blacberry gec də olsa öz klaviaturasını qoruyub, Android sistemini keçsə belə istədiyi diqqəti görə bilməmişdi.

Texnologiya sahəsində təxminlər, gələcəyə doğru analizlər də həmişə düzgüncavabı tapa bilmir. Məsələn iPhone ilk dəfə satışa çıxanda mütəxəssislər Apple ‘ın səhv addım ataraq iPod brendinin inkişafını parçalayacağını deyirdi. Ancaq onlar yeni qlobal bir sensasiyanın yarandığını görə bilməmişdilər.

Kay eyni şeyin Yahoo’ da da olduğunu deyir. O, Yahoo ‘nun Google’ dan gələn hücumu vaxtında görə bilmədiyini deyir.

Silikon Dərəsində işləyən analist Rob Enderle, Google və Apple’ın paralel yüksəlişinə diqqət çəkərək  “Böyük şirkətlərin heç biri onlarla yarışmağa hazır deyildi” deyir.

Al Jazerra




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir