Search
photo_82545

Türkiyəli mağaza sahibindən qeyri-adi addım – İki çörək, bir kitab

Qənbər Bozan uşaqların elmə, kitaba olan marağını artırmaq üçün maraqlı və qəribə bir üsula əl atıb.
 Oxu, gəl və qazan …  
İstanbulun məhlələrinin birində ərzaq mağazası olan Qənbər Bozan mağazanın girişində bir stend qoyub. Stenddə uşaqlar üçün maraqlı hekayə və nağıl kitabları var. Bu kitablar satmaq üçün deyil. Qənbər Bozan kitab haqqında sual verənlərə xüsusi bir sürprizi var. Kitabı evə aparıb kim oxusa, kitabın məğzini danışa bilsə mağaza sahibi onları mükafatlandırır.
O deyir: “Zəngin deyiləm, sadəcə mən oxumadım, istəyirəm uşaqlarımız oxusun. Uşaqların ərzaq mağazasından istəyi nə ola bilər ki, şokolad, çipsi və ya hansısa bir şirə, Bu da toplamda heç 10-20 lirə etmir. O da gələcəyimiz üçün fəda olsun”.
O, bütün mağaza sahiblərini bu nəcib işə qoşulmağa çağırır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir