Search
1472296446

Türkiyə şirkəti Azərbaycana investisiya yatıracaq

ABŞ-ın komputer texnologiyaları sahəsində ixtisaslaşan “Oracle” şirkətinin Türkiyə təmsilçisi “Artım A.Ş.” şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.

Şirkət Gürcüstan, Özbəkistan, Türkəminstan, Tacikistan, Ermənistan və Qırğızıstanda da fəaliyyət göstərmək niyyətindədir.

“İlkin mərhələdə Bakıda ofis açacağıq və bu regionda fəaliyyətə Azərbaycan və Gürcüstandan başlayacağıq. Bu 7 ölkənin bazarının həcmi təqribən 1 mlrd. dollar təşkil edir. Bu dövlətlərdə uğur qazanacağımıza inanırıq”, – deyə şirkətdən bildirilib.

Şirkət əsasən dövlət qurumlarına, banklara və mobil şirkətlərə texnoloji xidmətlər təklif edəcək. “Artım A.Ş.” növbəti illərdə isə mobil telefonlar sahəsində də bu ölkələrdə xidmət göstərməyi planlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir