Search
7

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək

 

Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləşdirilməsi imkanları müzakirə ediləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir