Search
photo_93176

Turistlər üçün müvəqqəti otel – FOTOLAR

Londonun Black Tomato agentliyi turistlərə beşulduzlu müvəqqəti oteldə gecələməyi təklif edir.

Blink adlı unikal servis otelin quraşdırılması zamanı sifarişçinin bütün kaprizləri nəzərə alacaq. Çadır şəkilli oteli istənilən yerdə və istənilən müddətlik quraşdırmaq olar. Belə istirahətin qiymətləri turistin hara getməsindən asılıdır. Məsələn, Mərakeşdə üç gecə səyahətçiyə 10964 dollara, Boliviyada 4 günlük istirahət isə adambaşına 29600 dollara başa gələcək.

Black Tomato agentliyi çadır, günbəz, sfera, yurt, tropik villa kimi bir neçə müvəqqəti yaşayış növü təşkil edir. İstirahəti tam rahatlığı ilə etmək istəyənlər üçün şəxsi eşikağası, baş aşpaz, ofisiant, SPA-terapevt, yoqa instruktoru, macəra bələdçisi və s. xidmətlər sifariş etmək imkanı nəzərə tutulub.

Turistlər üçün müvəqqəti beşulduzlu otel

Turistlər üçün müvəqqəti beşulduzlu otel

Turistlər üçün müvəqqəti beşulduzlu otel

Turistlər üçün müvəqqəti beşulduzlu otel

Turistlər üçün müvəqqəti beşulduzlu otel

buro247.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir