Search
turan bank 11

“TuranBank” avtomobil yol işçiləri üçün kredit faizlərində 3% endirim elan edir:

Müştərilərinə maksimal rahat xidmət təkif etmək məqsədilə TuranBank Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır.

 

Hər il fevral ayının 22-i ölkəmizdə avtomobil yol işçilərinin peşə bayramı kimi qeyd olunur.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, TuranBank Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin kollektivini peşə bayramları münasibətilə təbrik edir və 24-26 fevral tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir! Göstərilən tarixlərdə TuranBankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim TuranBankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

TuranBank qeyd olunan kampaniya ilə yanaşı Novruz Bayramında müştərilərini sevindirmək məqsədilə yeni “Baden-Badenə səyahət” kampaniyasına başlamışdır. Kampaniyanın şərtlərinə əsasən fevral ayının 21-i mart ayının 19-u (daxil olmaqla) tarixləri aralığında bankın bütün satış nöqtələrində 2000 AZN-dən 10000 AZN-dək istehlak krediti (Kiçik Həcmli İstehlak, Müəllim, Səhiyyə, Hərbçi, Təqaüdçü, Tələbə və Yubiley kreditləri) alan hər 100-cü müştəri Baden-Baden şəhərinə səyahət turu qazanacaq. Səyahət paketinə aviabilet, səyahət sığortası və mehmanxanada bir həftəlik qalma haqqı daxildir. Kampaniyada bankın istər mövcud, istərsə də yeni müştəriləri iştirak edə bilər.

Bankın kampaniyaları haqqında daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

TuranBank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, “Muştuluq” aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün “Kiçik Həcmli İstehlak”, “Müəllim”, “Səhiyyə”, “Hərbçi” və “Təqaüdçü” kreditlərinin illik faizlərini 9% endirmişdir. Bundan başqa adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təkif etmək məqsədilə TuranBank Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

TuranBank “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank öz müştərilərinə Western Union, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 19 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir