Bu gün Tural Cılqamlının doğum günüdür.
Bu münasibətlə Tural müəllimi dostları və çalışdığı DəmirBank kollektivi təbrik edir.
Tural Cılqamlı 19.05.1984 cü ildə Quba şəhərində anadan olmuşdur. 2001-2005-ci illərdə Azərbaycan Texniki Universitetində Ali təhsil almışdır. Hərbi xidməti bitirdikdən sonra əmək fəaliyyətinə DəmirBankda başlamışdır. O, 01.06.2008-ci il tarixindən etibarən DəmirBank-da təcrübəçi kredit mütəxəssisi, kredit mütəxəssisi, aparıcı mütəxəssis və Pərakəndə bankçılıq departamentində baş mütəxəssis vəzifələrində işləmişdir. 2013-2015-ci illər ərzində bankın müxtəlif filiallarında Kredit meneceri kimi fəaliyyət göstərmişdir. Tural Cılqamlı 2015-ci ildən etibarən DəmirBankın Ağdaş filialının müdiridir.
Biz də taraz.az olaraq Tural müəllimi təbrik edir və gələcək karyerasında uğurlar arzu edirik.