Search
gilbert-ondongo-recoit-pim-van-ballekom

“TANAP” Avropa Bankının diqqət mərkəzindədir

“Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi önəm verdiyimiz layihələr sırasındadır”. Bunu Avropa İnvestisiya Bankının (EIB) vitse-prezidenti Pim van Ballekom deyib.

EIB rəsmisinin sözlərinə görə, təmsil etdiyi bankın TANAP-da iştirak edib-etməməsi tezliklə bəlli olacaq: “Layihəyə qoşulacağımıza ümid edirəm. Bunun üçün əlimizdən gələni edirik və qarşıdakı aylarda bu məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, apreldə bir sıra KİV-də EIB-in TANAP-ın tikintisi üçün Türkiyəyə 1 mlrd. avro həcmində kredit ayıracağı haqqında məlumat yayılıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev “Natural Gas Europe” saytına verdiyi müsahibəsində bildirib ki, tezliklə EIB və Dünya Bankı (WB) bu layihə üçün ümumilikdə 2,13 mlrd. dollar ayıracaq.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir