Search
23502

Tələbə kreditində – DƏYİŞİKLİK

Azərbaycan Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişiklik edib.

NK-dan verilən məlumata görə, kredit sistemi işlə tədrisin təşkili qaydaları həm də Azıərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə şamil edilir.

Dəyişikliklərə əsasən, professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların, praktik məşğələlərin, laboratoriya işlərinin keçirilməsi) həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında arasında xüsusi razılıq əsasında həyata keçirilir.

bbn.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir