320911_483222

Təhsil krediti almaq istəyən tələbələrin DİQQƏTİNƏ!

Təhsil krediti almaq istəyən tələbələr üçün “Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir.
Fonddan verilən xəbərə görə, ikinci elan sessiyası 1-31 oktyabr tarixində başlayacaq. Bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr seçim meyarlarına əsasən seçiləcəklər. Sessiyanın seçim meyarları birinci elan sessiyasında olduğu kimi qalıb.
Qeyd edək ki, birinci elan sessiyası 3-25 iyun tarixində aparılıb. Fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı və sənədləşmə uyğunsuzluğu olanlardır.
APA



1 şərh “Təhsil krediti almaq istəyən tələbələrin DİQQƏTİNƏ!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir