Sürücülük vəsiqəsi almaq yaşı 19-a qaldırıldı
Bank NewsOkt 03, 2016Manşet, Sosial, Xəbərlər
Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyən edilib.
Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib.
Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -19 yaşdan (“B” kateqoriyasına daxil oan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), Tramvayları, trolleybusları idarəetmə hüququ-21 yaşdan, ”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-26 yaşdan (65 yaşadək və “D” kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.
Millət vəkili Fuad Muradov bildirib ki, Bakıda ictimai nəqliyyatın vəziyyəti yaxşı deyil: “Əgər metroların qabağında polis olmasa, vəziyyət daha da pis olar. Əgər kimsə bu işə yararlı deyilsə, o başqa sahədə işləməlidir”.