Search
STP Bakutell 2016

STP “Bakutel-2016” sərgisində yeni məhsullarını nümayiş etdirir

Sumqayıt Texnologiyalar Parkı (STP) bu gün Bakı Ekspo Mərkəzində işə başlayan və 18 ölkədən 200-dək şirkətin qatıldığı “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində iştirak edir.

STP stendində quraşdırılmış monitorlarda texnoparkın tərkibində fəaliyyət göstərən 17 zavod və 25-dən artıq istehsal sahəsi haqqında videoçarx vasitəsilə ziyarətçilərə müəssisə haqqında geniş məlumat verir.

Artıq üçüncü dəfə bu sərgidə iştirak edən STP ən son məhsullarının da təqdimatını keçirir. Müəssisənin Kabel Zavodunun ötən ilin sonunda istehsalına başladığı 50 növdə fiber-optik, LAN, rabitə, siqnal kabellərini, həmçinin ödəmə və növbə terminallarını, informasiya köşklərini nümayiş etdirir. Sərgidə təqdim olunan yeniliklərdən biri də gömrük bəyannamələrinin hazırlanması üçün STP-nin istehsalı olan terminaldır.

Sərgidə iştirak edən ziyarətçilərə STP və məhsulları haqqında ətraflı məlumatlar verilir, istehsalat barədə təşviqat materialları təqdim olunur. Stend hər kəs tərəfindən böyük maraqla qarşılanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir