Search
14502672465037634614_1000x669

STAR neft emalı zavodu ildə 600 mln. dollar gəlir gətirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə inşa etdiyi STAR neft emalı zavodu ildə 600 mln. ABŞ dolları gəlir əldə edəcək.   STAR-ın işə düşməsi ilə Türkiyənin neft-kimya sektorunun xaricdən asılılığı sona çatacaq və rəsmi Ankara hər il 1,2 mlrd. dollar həcmində valyutaya qənaət edəcək. STAR Türkiyənin tədiyyə balansının kəsirinin 3,5%-ni qarşılayacaq. STAR-a 5,65 mlrd. dollar həcmində investisiya qoyulub və bu, Türkiyə tarixində ən böyük layihə maliyyələşməsi hesab edilir. Zavodun tikintisinə 14 ölkədən 1 972-si mühəndis olmaqla 12 min işçi cəlb olunub.

Qeyd edək ki, müəssisə 2018-ci ildə istismara veriləcək.

Banker.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir