439393_489725

Sosial sığınacaqlar yaradılacaq

Əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərinin rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar yaradılacaq. Bunu “APA-Economics”ə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
E. Babayevin sözlərinə görə, sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin ediləcəklər. O bildirib ki, əvvəlki illərdə çətin hava şəraitinin müşahidə olunduğu günlərdə müvəqqəti sığınacaqların yaradılması yalnız təşəbbüs əsasında həyata keçiriləcək.
Belə bir tədbirin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsində, habelə müvafiq qanunvericilikdə nəzərdə tutulmadığından, 2015-ci ildən müvəqqəti sığınacaqların yaradılması dayandırılıb.
Şöbə müdiri əlavə edib ki, 2014-cü ildə nazirlik belə tədbirlərin təşkilinin məhz normativ hüquqi əsasla tənzimlənməsinin zəruriliyini nəzərə alaraq, çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən qaydanın layihəsini hazırlayıb: “Ötən müddətdə həmin layihənin tam razılaşdırması mümkün olmadığından sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq sosial sığınacaqla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir