Search
ydmrop2

SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə vermişdir

ydmrop3SOCAR Rumıniyada investisiya layihələrini uğurla davam etdirərək yanacaqdoldurma şəbəkəsini ilbəil genişləndirir. İyunun 6-da Piteşti şəhərində “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilmiş, bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatmışdır.

Nano 95, Nano Dizel və Nano Super Dizel tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 4 avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 3 sayğac quraşdırılmışdır. Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi burada ənənəvi Azərbaycan məhsulları, sürücülərə lazım olan avtomobil aksessuarları, “Roviniete” də (yol vergisi) daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılmışdır. ydmrop6

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 regionunda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Argeşdə yanacaqdoldurma məntəqələrinə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir