Search
ozbimg_6915

SOCAR Neft-Qaz yubiley sərgi-konfransında “Ən innovativ dizayn” nominasiyası üzrə 1-ci yerə layiq görülüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə keçirilən 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransında iştirak etmişdir. Sərgi-konfransın təntənəli açılış mərasimində Özbəkistan Baş nazirinin müavini Qulamcon İbragimov, Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov tərəfindən iki şirkət arasında əməkdaşlığın əsasını qoyan Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.

26 ölkədən 200-dən çox şirkətin qatıldığı sərgidə Özbəkistan Baş nazirinin müavini Q.İbrahimov və ölkənin digər rəhbər şəxsləri SOCAR-ın pavilyonunu ziyarət etmişlər. SOCAR-ın prezidenti qonaqlara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar barədə ətraflı məlumat vermişdir. Q.İbrahimov bu beynəlxalq tədbirdə iştirakına görə SOCAR-a minnətdarlığını bildirmişdir.

Sərgi müddətində Azərbaycanın neft-qaz sənayesində əldə edilmiş nailiyyətlər, SOCAR-ın ölkə daxilində və beynəlxalq layihələrdə iştirakı və rolu barədə məlumatlar, reklam xarakterli buklet və jurnallar iştirakçıların böyük marağına səbəb olmuşdur. Bir çox yerli və xarici şirkət nümayəndələri SOCAR-la əməkdaşlıq etmək üçün öz təkliflərini vermiş, ziyarətçilərin bütün sualları cavablandırılmışdır.
ozbimg_7221 (1)

Sərgidə SOCAR pavilyonu stendlərin “Ən innovativ dizayn” nominasiyası müsabiqəsində 1-ci yerlə mükafatlandırılmış, “20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransın keçirilməsində yüksək professionallıq və aktiv iştirakına görə sertifikat”la təltif edilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir