Search
img_20160628_10306

SOCAR-da QHT rəhbərləri ilə “dəyirmi masa” keçirilmişdir

İyunun 28-də SOCAR-ın Baş ofisində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri hökumət təşkilatları (QHT) rəhbərlərinin iştirakı ilə “İri investisiya layihələri, maliyyə dayanıqlığı və kreditlərin idarə olunması” mövzusunda dəyirmi masa keçirilmişdir. 3 saatdan artıq davam edən tədbirdə şirkətin vitse-prezidentləri Süleyman Qasımov, Xalik Məmmədov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov ictimaiyyəti maraqlandıran məsələlər haqqında ətraflı məlumat vermişlər. Tədbirdə SOCAR-ın iri investisiya layihələri, maliyyə durumu, risklərin və kreditlərin idarə olunması üzrə fəaliyyəti ilə əlaqədar aktual problemlər geniş müzakirə olunmuş, səmərəli diskussiya və fikir mübadiləsi aparılmışdır. Görüşün keçirilməsinə görə təşəkkürlərini bildirən QHT rəhbərlərindən Sabit Bağırov, İnqilab Əhmədov, Əliməmməd Nuriyev, Məhəmməd Talıblı və İlham Şaban belə tədbirlərin vaxtaşırı keçirilməsi zərurətini və əhəmiyyətini qeyd etmiş, vətəndaş cəmiyyəti təsisatları ilə SOCAR-ın əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi vurğulanmışdır. Görüşdə iştirak edən geniş tərkibli KİV nümayəndələrinin sualları da cavablandırılmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir