Search
socar-1

SOCAR 3 yerli bankda ümumi dəyəri 543 mln. manat olan depozit yerləşdirib

31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ABŞ dolları ilə ifadə edilmiş bank qalıqlarına “Azərbaycan Beynəlxalq Bankı” ASC-də, “Xalq Bank” ASC-də və “Paşa Bank” ASC-də yerləşdirilmiş tələb edilənədək 3 depozit daxildir.

Bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, dövlət şirkəti Azərbaycan Beynəlxalq Bankında 461 mln. manat, “Xalq Bank”da 32 mln. manat və “Paşa Bank”da 50 mln. manat ekvivalentində depozit yerləşdirib.

Maraqlıdır ki, 2014-cü ildə SOCAR Azərbaycan Beynəlxalq Bankında 152 mln. manat, “Xalq Bank”da 31 mln. manat ekvivalentində depozit yerləşdirib. Qeyd edilən müddətdə SOCAR “Paşa Bank”da depozit yerləşdirməyib.

31 dekabr 2015-ci il tarixlərində başa çatan illər üzrə bu depozitlər üzrə faiz dərəcələri, müvafiq olaraq, “Reuters” tərəfindən dərc edilmiş ABŞ dolları ilə gündəlik LİBOR dərəcəsinin 70%-i, müvafiq olaraq, 3%-i və 6%-ə bərabərdir.
Tələb edilənədək depozitin ilkin müddəti 3 aydan azdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir