Search
siaphoto_367330

“SKMF”dan yeni güzəştli kredit

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bugünədək logistika mərkəzləri və ixtisaslaşdırılmış “yaşıl market”lərin yaradılmasına 75,7 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

“Fond tutumu 192,5 min ton olan 10 logistika mərkəzinin yaradılmasına 60 mln. manat, 4 ixtisaslaşdırılmış “yaşıl market”in yaradılmasına isə 15,7 mln. manat ayırıb”, – deyə məlumatda bildirilir.

Bu layihələrin həyata keçirilməsi nəticəsində 900-ə yaxın yeni iş yeri açılıb.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60-dan çox bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.

Mənbə: İnterfaks-Azərbaycan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir