Search
dyp1

Sığorta şirkətləri yol polisinə niyə pul verir?

Azərbaycanda yol qəzaları zamanı ödəniş alan tərəflərdən biri də Dövlət Yol Polisidir. Fins.az-ın məumatına görə, buna səbəb qəza nəticəsində yol-nəzarət nişanlarına və qurğularına da zərər dəyməsidir. Ən çox zərər görən qurğu isə işıqforlardır. Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, qəzanın ağırlığından asılı olaraq işıqforlara 3 min manatdan 10 min manata qədər zərər dəyir.

“Standard Insurance” sığorta şirkətinin sığorta  hadisələri departamentinin baş mütəxəssisi Fərid Məlikov fins.az-a bildirib ki, ötən il işıqfora dəyən zərərlə bağlı 4-5 hadisə olub: “Məsələn, ötən ilin may ayında  Rəşid Behbudov  və Salatın Əsgərova  küçələrinin kəsişməsində “Toyota Camry” və “Mercedes”lə  toqquşub, daha sonra işıqfora çırpılıb. Hadisə ilə bağlı  “Standart İnsurance” sığorta şirkəti DYP Siqnal İdarəsinə 3277 manat sığorta ödənişi edib. Ümumi olaraq ötən il işıqfora dəyən zərərə görə 8-9 min manat sığorta ödənişi etmişik.”

“Azsığorta” şirkətinin iş icraçısı Zeynal Zeynalov isə fins.az-a bildirib ki, qəzalar zamanı işıqforlara 9-10 min manata qədər ziyan dəyə bilir. Ancaq  avtomobilin icbari sığortasına uyğun olaraq sığorta şirkəti  5000 manata qədər dəymiş zərəri ödəyir: “Ötən il işıqforun vurulması ilə bağlı 15  qəza baş verib.  Bununla bağlı “Azsığorta” şirkəti DYP Siqnal idarəsinə 73 min manat sığorta ödənişi edib”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir