Search
rechner mit auto

Sığorta şirkətləri avtomobilin KASKO sığortasını neçəyə edir?

Avtomobil sahiblərini ən çox düşündürən suallardan biridə məhz avtomobilin sığortalanma məsələsidir. Hazırki durğunluq dövründə yeni avtomobil almaq imkanı olmayan əhali, məhz hazırda olanını minimal xərclərlə istifadəsinə üstünlük verir.

Statistik məlumatlara görə, Azərbaycanda yeni avtomobilləri çıxmaq şərti ilə, digər avtomobillərin çoxu KASKO sığortası etməyib. Mütəxəssislər bunu daha çox 2 aspektlə əlaqələndirir 1) məlumatsızlıq – yəni avtomobil sahibi sığorta şirkətlərinin təklif etdiyi məhsullarının qiymətlərindən məlumatsızdırlar. Bununda əsas yükü KASKO sığortasının şirkətlər tərəfindən rahat formada istehlakçılara çatdıra bilməməsindədir. 2) növbəti səbəb isə bu məhsulun ucuz olmamasındadır.

Məlumatsızlıq boşluğunu aradan qaldırmaq üçün Banker.az sığorta şirkətləri arasında belə bir monitorinq aparmışdır. Bütün sığorta şirkətlərinə müştəri qismində zəng edilir və qiyməti 25000 AZN olan 2015-ci ilin avtomobili üçün KASKO sığortasının qiyməti öyrənilmişdir. Təbii ki qiymət maşının modelindən, motorun həcmindən, sürücü yaşından asılı olaraq müəyyən dəyişikliyə məruz qala bilər. Lakin tərtib etdiyimiz siyahıda nəticə etibarı ilə sıralama demək olarki olmayacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir