Search
-1x-1

Səudiyyə Ərəbistanı dünyanın ən iri investisiya fondunu yaradır

Ucuz neft dövrünə hazırlaşan Səudiyyə Ərəbistanı dünyanın ən iri suveren investisiya fondunu yaratmaq niyyətindədir. “Bloomberg” agentliyi xəbər verir ki, bu barədə krallığın şahzadəsi, müdafiə naziri Məhəmməd bin Salman bildirib. Onun sözlərinə görə, “Public Investment Fund” (PIF) adlanacaq fond krallığın bütün aktivlərini özündə birləşdirəcək. PIF-in aktivlərinin ümumi həcmi 2 trilyon dollar təşkil edəcək. Nazir qeyd edib ki, neftin 1 barrelinin dəyəri hətta 10 dollara enərsə, fondun bazar dəyəri 2,5 trilyon dollar təşkil edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir