Search
????????????????????????????????????

Sankt Peterburqdan gələn nümayəndə heyəti STP ilə tanış olub

Sabah Bakıda keçiriləcək VII Azərbaycan – Rusiya Regionlararası forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sankt Peterburq şəhərindən gələn nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

STP-nin nümayəndəsi Əli Məmmədov qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.

DCJ_2934STP-nin tərkibində fəaliyyət göstərən ilk müəssisələrdən biri – Kabel və Maşınqayırma Zavodları qonaqlarda xüsusi maraq oyadıb. Məlumat verilib ki, Kabel zavodu regionun ən böyük kabel istehsalçısıdır. Burada istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarda satışa çıxarılır. Ən qabaqcıl texnologiyaların quraşdırıldığı zavodda 25000 çeşiddə məhsul istehsal olunur. Müəssisədə həmçinin optik rabitə kabelləri də hazırlanır.

Qonaqlar Maşınqayırma zavodunda istehsal olunan tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar yaxından tanış olublar. Nümayəndə heyətinin nəzərinə çatdırılıb ki, zavodun kran təmiri və istehsalı kimi fəaliyyət sahələri vardır. Bu müəssisədə 200 tona qədər kranlar istehsal oluna bilər.

Daha sonra qonaqlar digər zavodlarla da tanış olub. Bildirilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 17 zavod işə salınıb və qısa bir zamanda üç müəssisə də açılacaqdır. Sumqayıt texnoparkı bütövlükdə əsasən ixrac məhsulları istehsal edən 30 zavod və müəssisəni birləşdirəcək və burada 10 mindən artıq insan işləyəcəkdir. 2012-ci ildə STP iki beynəlxalq İSO standartı alıb ki, bu da texnoparkın məhsullarının dünya bazarına çıxarılmasına imkan yaradıb.

DCJ_2962STP-nin iş prosesinin maraqla izləyən, Azərbaycanın uğurlu inkişafına heyran olduqlarını bildirən qonaqlarda Sumqayıt Texnologiyalar Parkından xoş təəssürat yaradıb. Sonda isə nümayəndə heyəti çay süfrəsinə dəvət olunub. Onları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə STP-nin məhsullarının Sankt Peterburq bazarına çıxarılması perspektivləri, əməkdaşlıq əlaqələri müzakirə olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir