895960_483356

Rusiya və Səudiyyə Ərəbistanından neftlə bağlı gözlənilməz addım

Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında sabitliyi qorumaq üçün öz aralarında  birgə uzunmüddətli perspektivdə investisiya barədə razılığa gəlib.
Bu barədə “TASS” agentliyi yazıb.
Məlumatda bildirilir ki, müvafiq sənədlər bu gün  Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Mineral ehtiyatlar naziri Xalid bin Əbdüləziz və Rusiyanın energetika naziri Aleksandr Novak tərəfindən imzalanıb.
Həmçinin məlumatda bildirilir ki, nazirlər ümumi monitorinq işçi qrupu yaratmaq, eləcə də neft bazarındakı durumla bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir