Search
14695326934466420134_1000x669

Qubada “Turizm masası” təşkil olunub

Quba Turizm İnformasiya Mərkəzi (QTİM) və Quba Mərkəzi Kitabxana Sisteminin birgə səyi nəticəsində Uşaq qiraət zalında və kitabxananın ümumi fondunda “Turizm masası” adlı masa təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, masada QTİM-in nəşrləri ilə yanaşı, nazirliyin nəşrləri, Qubada fəaliyyət göstərən istirahət mərkəzlərinin tanıtım bukletləri və Quba Memorial Soyqırımı Kompleksinə aid nəşrlər sərgilənib.

Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini) inkişafı üçün geniş imkanlar mövcuddur. Bu baxımdan Quba rayonunun da turizm imkanları olduqca genişdir. “Turizm masası”nın yaradılması, kitabxanaya gələn oxucuların turizm sektoruna marağının artırılması, bölgənin turizm imkanlarının təbliği məqsədini daşıyır.

AzərTac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir