Search
banknews.az_2016-04-21_20-23-08-720x400

“Qısqanc” rəhbər yoxsa lider olmaq seçim kimi

Bazar iqtisadiyyatı şəraitində Biznes fəaliyyətinin düzgün istiqamətləndirilməsi, səmərəliliyinin və rentabilliyinin yüksəldilməsi üçün idarəetmə böyük potensiala malik olan şəxslərə həvalə olunmalıdır. Savadsız rəhbər öz ətrafında savadlı kadr istəmir. Təssüflər olsun ki, çox vaxt bunun şahidi oluruq. Məhz belə bir vəziyyətdə həmin təşkilat iflic vəziyyətə düşür.

Təşkilatın iflic vəziyyətinə düşməsinin ilk simptomları həmin vəzifəyə işə aidiyyatı olmayan və buna görə də ixtisaslı, bilikli işçilərə qısqanclıqla yanaşan insanların vəzifə başına gətirilməsidir.

Belə insanlar öz sahəsində heç bir nailiyyəti olmayan, amma həmişə başqa sahələrə də nəzarət etməyə çalışan, “kreslo sevdası” ilə alışıb-yanan insanlardır. Bu “kreslo virusu” tezliklə ətrafdakılara da yoluxur və təşkilat üçün ciddi təhlükə törədə biləcək bir xəstəliyə çevrilir. Qeyd etməliyik ki, bu naqis xislətin cazibə dairəsinə düşmək daha asandır, nəinki onu müalicə etmək. Bu virusa yoluxmuş adam özündən daha bacarıqlı insanları özündən uzaqlaşdırmaqla yanaşı, gələcəkdə ondan güclü ola biləcək şəxslərin öz yanına gəlmələrinə də mane olar. Bu virusu daşıyan birisi müəssisənin rəhbəri olduqda müavin vəzifəsinə özundən nisbətən bacaraqsız adam gətirəcəkdir. Eləcə də müavin əlinin altında öz qabiliyyətlərinə görə daha zəif bir məmurun çalışmasını istəyəcəkdir. Nəticədə ierarxiyanın bütün pillələrində tutduqu postun haqqını verə bilməyən insanlar qərarlaşacaqlar.

Amma bunun əksi olaraq ağıllı (savadlı) müdirlər -müxtəlif xarakterlərə, bilik və bacarıqlara malik olan insanların öz istedadlarını üzə çıxarmalarına şərait yaradacaqlar, onların kiçik qruplar halında birləşmələrini təmin edəcəklər, onların təkliflərini dinləyər, kamanda rühünu yüksəltməklə məqsədlərə doğru düşünülmüş addımlar atılacaqdır.  Məhz bu halda o, adi müdirdən liderlik mövqeyinə yüksəlmək imkanı əldə edəcəkdir. Bu zaman inkişafa nail olmaq olar.

İqtisadçı ekspert – İldırım Qurbanov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir