737741_484204

Qeydiyyata alınmiş dərmanların qiymətləri tənzimlənmədən satışına QADAĞA

Azərbaycada dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağan edilir.
Bununla bağlı “Dərman vasitələri haqqında” qanuna əlavələr ediləcək.
Millli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan layihəyə əsasən, qanunun 4-cü maddəsinə ediləcək əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir.
Bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquq və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq.
Qanunun 16-cı maddəsinə edilən əlavəyə görə isə, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zərurui məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Report



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir