Search
qafqaz lizinq

“Qafqaz Lizinq” ASC-dən, Yeni və işlənmiş avtomobillər.

“Qafqaz Lizinq” ASC əsası 30 Oktyabr 2007-ci ildə qoyulan bir lizinq şirkətidir.  Şirkət iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar, o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.

Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir.

“Qafqaz Lizinq” ASC AYİB, İFC, ResponsAbility, Özbəkistan Lizinq Assosiasiyası, Qazaxıstan Mikromaliyyə Assosiasiyası, İslam İnkişaf Bankı, İCD və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir.  

Ünvan: Binəqədi şossesi 168B, AZ1130

Tel: (99412) 991

Fax: (99412) 563 23 27

MƏHSULLAR:

Yeni minik avtomobili lizinqi

  Tələblər

Ərizəçinin vətəndaşlığı Azərbaycan vətəndaşı
Qeydiyyat ünvanı Azərbaycan Respublikası
Yaş həddi Minimum 22, lizinq müqaviləsinin bitmə tarixinə maksimum 65
Son iş yerində stajı Tələb yoxdur
Tələb olunan sənədlər
  1. Şəxsiyyət vəsiqəsi
  2. Avtomobilin hesab arayışı və müvafiq idxal sənədləri
  3. Lizinq predmeti haqqında sənəd
Zaminə qarşı tələb Şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur

Şərtlər

Lizinq predmeti             – BMW, Mercedes, Mitsubishi, Nissan, Toyota, Volkswagen markalı yeni minik avtomobilləri
Lizinq məbləği Minimum 3 000 AZN, maksimum 50 000 AZN
Lizinq müddəti 6 ay – 36 ay
Valyuta AZN
İlkin ödəniş Minimum 25%
İllik faiz dərəcəsi 12 ayadək – 20%12 – 24 ay – 21%

24 – 36 ay – 22%

Ödəniş növü Aylıq bərabər hissələrlə
Minimal aylıq ödəniş məbləği Tələb yoxdur
Təminat Fərdi hallarda üçüncü şəxsin zaminliyi
Cərimə Hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i məbləğində cərimə hesablanır. 2 günədək gecikdirilən lizinqlər üzrə cərimə tutulmur.
Lizinq üzrə komissiyalar Əməliyyat xərci – lizinq məbləğinin 2%-i
Sığorta haqqı Müvafiq sığorta şirkətinin tariflərinə əsasən

İşlənmiş minik avtomobili lizinqi

Tələblər

Ərizəçinin vətəndaşlığı Azərbaycan vətəndaşı
Qeydiyyat ünvanı Azərbaycan Respublikası
Yaş həddi Minimum 22, lizinq müqaviləsinin bitmə tarixinə maksimum 65
Son iş yerində stajı Tələb yoxdur
Tələb olunan sənədlər
  1. Şəxsiyyət vəsiqəsi
  2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və ya müvafiq idxal sənədləri
  3. Lizinq predmeti haqqında sənəd
Zaminə qarşı tələb Şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur

Şərtlər

Lizinq predmeti İstehsal ili 10 ildən artıq olmayan BMW və Mercedes, istehsal ili 5 ildən artıq olmayan Hyundai, KİA, Mitsubishi, Nissan, Toyota, Volkswagen markalı minik avtomobilləri
Lizinq məbləği Minimum 2 000 AZN, maksimum 40 000 AZN
Lizinq müddəti 6 ay – 36 ay
Valyuta AZN
İlkin ödəniş Minimum 20%
İllik faiz dərəcəsi 12 ayadək – 20%12 – 24 ay – 21%

24 – 36 ay – 22%

Ödəniş növü Aylıq bərabər hissələrlə
Minimal aylıq ödəniş məbləği Tələb yoxdur
Təminat Fərdi hallarda üçüncü şəxsin zaminliyi
Cərimə Hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i məbləğində cərimə hesablanır. 2 günədək gecikdirilən lizinqlər üzrə cərimə tutulmur.
Lizinq üzrə komissiyalar Əməliyyat xərci – lizinq məbləğinin 4%-i
Sığorta haqqı Müvafiq sığorta şirkətinin tariflərinə əsasən



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir