Search
1340433890_lizinq

“Qafqaz Lizinq” ASC , Vakansiya

Biznesin inkişafı şöbəsinin mütəxəssisi

Yaş 23 – 30 лет
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Telefon (012) 991
E-mail hr@qafqazleasing.com
Bitmə tarixi   – Aprel 16, 2014

İş barədə məlumat

– Məqsədli partnyorların seçilməsi və cəlb edilməsi
– Mütəmadi olaraq partnyorlar vasitəsilə aparılmış əməliyyatların təhlil edilməsi
– Partnyorlarla əməkdaşlığın dayandırılması və ya genişləndirilməsi üzrə təkliflərin hazırlanması
– Müvafiq marketinq araşdırmalarının planlaşdırılması və icrası
– Marketinq layihələrinin təhlili və müvafiq hesabatların hazırlanması
– Rəqiblərin durumunun və bazar dəyişikliklərinin təhlili

Namizədə tələblər

– Ali təhsil (idarəetmə, maliyyə, marketinq, biznes və s. iqtisadi sahələr üzrə)
– Satış, bank və sığorta sahəsində 1 il iş təcrübəsi
– Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək)
– Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı
– Yaxşı ünsiyyət, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı
– İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
– Bakı və regionları tanımaq

Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini hr@qafqazleasing.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Biznesin inkişafı şöbəsinin mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir