“Kapital Bank” İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində PL/SQL, C#, Compass+ və FlexCube üzrə proqramçılar axtarır!
Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində PL/SQL üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Tələblər və Öhdəliklər
- Texniki sahədə tam ali təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
- SQL üzrə biliklər və PL/SQL – də proqramlaşdırma bacarığı;
- left/right outer join – lərlə işləmə bacarığı;
- Kompleks tiplər üzrə biliklər;
- Oracle – standart paketləri ilə işləmə bacarığı;
- XML ilə işləmə bacarığı;
- Optimal və yüksək səviyyədə dokumentasiya olunmuş kod yazmaq;
- Yazılmış kodları təhlil etmək və lazımi dəyişiklikləri həyata keçirmək;
- Komanda tərkibində işləmə qabiliyyəti;
- Dil bilikləri:
- Texniki təlimatları qavraya biləcək səviyyədə İngilis dili biliyi;
- Yaxşı səviyyədə Rus dili biliyi.
Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində C# üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Tələblər və Öhdəliklər
- Texniki sahədə tam ali təhsil;
- Sahə üzrə azı 1 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdimi bacarığı;
- OOP prinsipləri üzrə yaxşı səviyyədə biliklər;
- C# üzrə ASP.NET texnologiyaları və webservice, ODBC, XML üzrə yaxşı səviyyədə biliklər:
- Multihread proqramlaşdırma üzrə biliklərin olması arzuolunandır;
- WEB proqramlşadırma və sessiyaların idarə edilməsi;
- VBİS ilə iş təcrübəsi:
- MS SQL Serverin2008-dən aşağı olmayan versiyalarında, Oracle-nin 10g-dən aşağı olmayan versiyalarında;
- Optimal və yaxşı dokumentasiya olunmuş kodun yazılması;
- Öncədən yazılmış kodları təhlil etmək və onlarla işləmək bacarığı;
- Komanda tərkibində və fərdi işləmə bacarığı;
- Dil bilikləri:
- Texniki təlimatları qavraya biləcək səviyyədə İngilis dili biliyi;
- Yaxşı səviyyədə Rus dili biliyi;
- VCS-lə işləmə bacarığı.
Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində Compass+ üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Tələblər və Öhdəliklər
- Texniki sahədə tam ali təhsil;
- Plastik kartlar üzrə azı 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- 10g-dən aşağı olmayan versiyada Oracle üzrə 2 illik iş təcrübəsi;
- Oracle 10g-nin xüsusiyyətlərini bilmək və müştəri-server proqramlarının yaradılması bacarığı;
- PL/SQL üzrə yüksək səviyyədə biliklər:
- Verilənlər bazasının strukturu üzrə anlayışlar (massivlər, kolleksiyalar, obyektlər);
- Tranzaksiyaların idarə edilməsi;
- Oracle standart paketləri üzrə biliklər;
- Debugger-lə işləmə bacarığı;
- Dinamik PL/SQL, SQL üzrə biliklər.
- SQL üzrə əla biliklər:
- Oracle XML bilikləri və XSD üzrə anlayışlar;
- XPath üzrə biliklər;
- Analitik funksiyalar.
- CMS\TWO mübadilə protokolları haqda biliklər;
- Prosessingin işləməsi prinsipləri haqda biliklər;
- Compass API üzrə biliklər.
Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində Flexcube üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Tələblər və Öhdəliklər
- Texniki sahədə tam ali təhsil;
- Bank işi üzrə biliklər (aktiv/passiv hesablar, balans, kredit və depozit sxeminin işləmə prinsiplərinin bilinməsi);
- Bank sahəsində azı 2 illik iş təcrübəsi;
- Oracle üzrə 2 illik iş təcrübəsi (10g versiyadan köhnə olmamaq şərti ilə);
- PL/SQL üzrə əla səviyyədə biliklər:
- Verilənlər bazasının strukturu üzrə anlayışlar (massivlər, kolleksiyalar, obyektlər);
- Tranzaksiyaların idarə edilməsi;
- Oracle standart paketləri üzrə biliklər;
- Debuggerlə işləmə bacarığı;
- Oracle XML üzrə iş təcrübəsi və XSD üzrə biliklər;
- Xpath üzrə biliklər;
- FlexCube gateway metodları və onun sazlanması üzrə biliklər;
- FlexCube daxili paketləri üzrə biliklər.
Telefon: (012) 598-12-95
E-mail: hkc@kapitalbank.az